
✦ Şəhər məscidi İrəvan şəhərinin Qala və Təpəbaşı məhəllələrinin arasında yerləşən dini-memarlıq abidəsidir. Məscidin üst yazısında əski əlifbada Azərbaycan dilində 1687-ci ildə inşa edildiyi qeyd olunmuşdu.
✦ Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan 1949- cu il tarixli sənədə əsasən, sovet hakimiyyəti dövründə Zal xan məscidindən sərgi salonu kimi istifadə olunmuşdu. İkinci Dünya müharibəsindən sonra onun funksiyası tamamilə dəyişdirilmişdi. İlkin dövrdə ikimərtəbəli bina və hücrələrdən ibarət məscid həyət və bağ sahəsinə malik idi. Memarlıq xüsusiyyətlərinə görə Göy məscid kompleksinə bənzədiyi göstərilir.
✦ Tədqiqatçıların məlumatlarına əsasən, məscid İrəvan şəhərinin mərkəzində, hazırda "Respublika meydanı" adlanan ərazidə yerləşirdi. 1928-ci ildə məscidin əsas ibadət zalı sökülmüş və yerində "Yerevan" oteli inşa edilmişdir. Sonralar aparılan rekonstruksiya işlərindən sonra bu bina “Golden Tulip Yerevan Hotel” adı ilə fəaliyyət göstərmişdir.
✦ Məscid günümüzə gəlib çatmamışdır. Onun tarixi daha çox arxiv sənədləri, fotoşəkillər və tədqiqat materialları vasitəsilə öyrənilir.