
LAYİHƏ HAQQINDA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında Qərbi Azərbaycanlı bir qrup ziyalı ilə görüşü zamanı İcmanın çox mötəbər rəqəmsal platformasının, portalının olmasını tövsiyə etmişdir. Yaradılan bu ensiklopediyada tarixi həqiqətlərin, tarixi abidələrimizin, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktların öz əksini tapması tapşırığı verilmişdir.
Strateji Kommunikasiyalar Mərkəzi qarşıya qoyulmuş məsələlərin həlli üçün “Virtual-Qərbi Azərbaycan ensiklopedik toplu” saytını hazırlamışdır. Qərbi Azərbaycan haqqında mötəbər məlumat mənbəyi kimi bir neçə xarici dillərdə hazırlanması nəzərdə tutulmuşdur. Zəngin faktoqrafik materiallara, xəritələrə, arxiv sənədlərinə, şəkillərə, malik olan bu mənbədən azərbaycanlıların qədim yaşayış məkanı olmuş Qərbi Azərbaycan haqqında ətraflı, həqiqətə uyğun materiallar əldə etmək mümkün olacaqdır.
Qərbi Azərbaycan Ensiklopediyasının yaradılmasında iştirak etmiş şəxslərə və mərkəzlərə təşəkkürümüzü bildiririk:
Əli Abdullayev – Strateji Kommunikasiyalar Mərkəzi İB-nin sədr köməkçisi, layihə rəhbəri
Cəbi Bəhramov – Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent;
Bəxtiyar Həsənov – Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent;
Səbuhi Hüseynov – tarixçi alim, Qərbi Azərbaycan İcmasının elmi əməkdaşı.
***
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun rəhbərliyi, İnstitutun “Qərbi Azərbaycan tarixi” şöbəsi;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi;
Milli Arxiv İdarəsi;
Strateji Kommunikasiyalar Mərkəzinin əməkdaşları.
Texniki dəstək:
Alişan Abullayev – dizayner