blue ornament
    Təpəbaşı (Abbasqulu xan) məscidi (İrəvan)
    Məscidlər
    Koordinatlar
    40° 21' 4.10" N , 44° 49' 31.15" E
    Məscid
    Dağıntıları qalıb
    Dini ibadət yeri
    İrəvan şəhəri

    Təpəbaşı məhəlləsindəki (yüksək təpəlik ərazidə yerləşdiyi üçün belə adlanırdı) məscidin minarəsi 1960-cı illərdə dağıdılmışdır. Divarlarının qalınlığı təqribən 1,5 metr olan bu məscidin içindəki imam otağında indiyə qədər erməni ailəsi yaşayır. Məscidin ətrafında əvvəllər müsəlmanların toplaşdığı çayxana fəaliyyət göstərirdi. İndi həmin çayxana mövcud deyil. Vaxtilə məscidi xan nəslindən olan İrəvanlı Abbasqulu xan inşa etdirmişdi. Onun evi də həmin məhəllədə yerləşirdi. Hazırda dağıdılmış vəziyyətdə olan həmin ev yerli erməni əhali tərəfindən “Xanın evi” adlandırılır.