blue ornament
    Şah Abbas (Abbas) məscidi (İrəvan)
    Məscidlər
    Koordinatlar
    40° 21' 4.10" N , 44° 49' 31.15" E
    Məscid
    Məhv edilib
    Dini ehtiyacların ödənilməsi
    İrəvan şəhəri

    I Şah Abbas tərəfindən XVII əsrin əvvəllərində inşa etdirilən Şah Abbas Məscidi İrəvanın içqala hissəsində yerləşib.

    Səfəvi hakimiyyəti dövründə qaladakı mühüm ibadət və siyasi mərkəzlərdən biri olmuşdur. Memarlıq baxımından kərpic üzərində çini işləmələri ilə zəngin, klassik Səfəvi üslubuna uyğun qurulmuşdur.

    İrəvan şəhərindəki Şah Abbas məscidi Gəncədəki Şah Abbas məscidi ilə eyni memarlıq üslubunda inşa edilmişdir. I Şah Abbasın dövründə tikilmiş hər iki məscid Azərbaycan Səfəvilər dövlətinin şəhərsalma üslubunda olmuş və milli memarlığın əsas xüsusiyyətlərini əks etdirmişdir. Kərpic konstruksiya, çini dekor, geniş ibadət zalı daxili məkan vahidliyi yaradırdı. Məscidin tağlı girişi və günbəzləri onun memarlıq ansanblını tamamlayır.

    Gəncə şəhərindəki nümunə bu gün də mövcuddur və ona baxaraq İrəvandakı məscidin vaxtilə necə göründüyünü təsəvvür etmək mümkündür. İrəvanda yerləşmiş məscidin tarixi şəkilləri aşkar edilməyib.

    Ermənistan "dövləti" isə məscidin İrəvan nümunəsini tamamilə məhv edərək Azərbaycan şəhər milli memarlığına aid bütün izləri qəsdən silmişdir.