blue ornament
    Hacı Novruzəli bəy (Novruz) məscidi (İrəvan)
    Məscidlər
    Koordinatlar
    40° 10' 35.74" N , 44° 31' 3.88" E
    Məscid
    Məhv edilib
    Dini ehtiyacların ödənilməsi
    İrəvan şəhəri

    İrəvan şəhərinin dini tikililərindən biri olan Novruzəli bəy məscidi XVIII əsrin ikinci yarısında inşa edilmişdir. Məscidin bir minarəsi olmuş, əsas ibadət zalı böyük günbəzlə tamamlanmış, xarici səthlərində rəngli kaşı bəzəklərdən istifadə edilmişdir. Məscid İrəvan şəhərinin qədim Şəhər massivinin Novruzəli məhəlləsində yerləşirdi.

    Tədqiqatçıların məlumatına görə, tikili XVIII əsrin ikinci yarısında Qara Seyid adlı memar tərəfindən inşa olunmuşdur. Şəhərin memarlıq panoramında seçilən bu ibadətgah həm dini mərkəz, həm də icma həyatının formalaşdığı məkan kimi tanınırdı.

    1918–1920-ci illərdə Ararat Respublikası dövründə və daha sonra Sovet hakimiyyətinin ilk illərində Türkiyədən köçürülmüş erməni qaçqınları məsciddə yerləşdirilmişdi. Daha sonra məscid dağıdılaraq məhv edilmişdir.