blue ornament
    Dəmirbulaq (Körpübulağı, Çətirli) məscidi (İrəvan)
    Məscidlər
    Koordinatlar
    40° 10' 21.34" N , 44° 30' 50.03" E
    Məscid
    Məhv edilib
    Dini ehtiyacların ödənilməsi
    İrəvan şəhəri

    ✦ Dəmirbulaq məscidi XVII–XVIII əsrlərə aid dini-memarlıq abidəsi olmuş və İrəvan şəhərinin azərbaycanlıların yaşadığı Dəmirbulaq məhəlləsinin varlı sakini Hacı Müzəffər Ağa tərəfindən inşa etdirilmişdir.

    ✦ Məscid günlüyə malik dam konstruksiyasına görə xalq arasında həm də “Çətirli məscid” və Gedər çayı yaxınlığında yerləşdiyi üçün bəzən “Körpübulağı məscidi” (1856-cı ildə İrəvanın planında adı belə göstərilir) adlandırılmışdır. Minarəsi olmayan ibadətgahın damında 1,5–2 metr hündürlüyündə dördkünc açıq meydança tikilmiş, dəmir məhəccərlə əhatələnmişdi.

    ✦ XX əsrin əvvəllərində Dəmirbulaq məhəlləsində üç məscid mövcud olsa da, onlardan yalnız biri 1988-ci ilədək salamat qalmışdır. Sovet dövründə məscidin fəaliyyətinə məhdudiyyət qoyulmağına baxmayaraq, ibadət icması rəsmi şəkildə mövcudluğunu qorumuşdur. Lakin 1988-ci ilin fevralın 23-də erməni vandalları tərəfindən hücuma məruz qalaraq yandırılmış və tamamilə dağıdılmışdır.

    Digər
    • Şəhər məscidi
      Məscidlər
    • Dəmirbulaq (Körpübulağı, Çətirli) məscidi (İrəvan)
      Məscidlər