blue ornament
    Zərrabxan (Zöhrab) karvansarası (İrəvan)
    Dağıdılmış və məhv edilmiş abidələr
    XVII əsrin ikinci yarısı
    Mehmanxana
    Məhv edilib
    İrəvan şəhəri
    Tacirlərin dincəlməsi üçün inşa edilmiş mehmanxana tipli bina

    Göy məscid kompleksinin tərkib hissəsi olmuş və memarlıq quruluşuna görə şəhərin ən diqqətçəkən ticarət mərkəzlərindən biri sayılmışdır. Tikili almaz formalı qapalı həyəti və səkkiz giriş qapısı ilə seçilirdi. Karvansara əvvəlcə zərbxana kimi fəaliyyət göstərmiş, daha sonra tacirlərin istifadəsinə verilərək 38 dükanlı iri karvansara kimi istifadə olunmuşdur. 1880-ci illərdə baş vermiş yanğın nəticəsində ciddi zərər görmüş, 1883–1885-ci illərdə bərpa edilmişdir daha sonra 1920-ci illərdə dağıdılmışdır.