
✦ Şörəyel mahalının Ağin rayonu ərazisində, Arpaçay çayının sol sahilində qədim türk məbədi. Məbədin bütün yan divarları salamat qalmış, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçulub dağılmışdır. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olması və onun IV-V yüzillərdə tikilməsi qənaətindədirlər. Məbəd erkən orta çağ alban bazilikaları, xüsusilə V-VI yüzil Qum (Qax rayonu) bazilikası ilə xeyli oxşardır. Məbədin yerləşdiyi ərazi tarixən türk boylarının anayurdu olmuş ərazinin Şörəyel//Şirak-el adı da bu yerlərin qədim sakinləri olan şirak//sirak//çıraq türk boyunun adından götürülmüşdür. Məbədin yerləşdiyi əraziyə ermənilərin ilk kütləvi axını XIX yüzilliyin əvvəllərində bölgənin Rusiya imperiyasının işğalından sonra başlanmışdır.