
✦ E.ə. VIII yüzilin ortasında Urartu çarları tərəfindən Zəngi çayının kənarında, İrəvan şəhəri yaxınlığındakı Qırmızıtəpə təpəsində müharibə allahı Teyşebanın şərəfmə salınmış qədim türk şəhər-qalası. Urartu canişininin iqamətgahı yerləşən bu böyük şəhər möhkəm qala divarları ilə əhatələnmiş Narınqala adlı iç qaladan və iç qalanın cənubunda və qərbində yerləşən şəhər hissəsindən ibarət olmuşdur. Narınqalanın çox hissəsini 150 otaqdan ibarət saray kompleksi təşkil etmişdir. Qala divarlarının ümumi uzunluğu 700 m olmuş, qalanın sahəsi təxminən 30-40 ha, qala içindəki saray isə 1,5 ha ərazini əhatə etmişdir. Teyşebaini şəhəri və Narınqala təxminən 585-ci ildə Kimmer və Sak türkləri arasındakı toqquşmalar zamanı dağıdılmışdır. E. ə. VIII-VI yüzillərdə İrəvan çökəkliyində Qarqar, Qamər, Sak, Gögər və s. türk tayfaları yaşamış, İrəvan şəhəri 1827-ci ildə Rusiya tərəfindən işğal edilənədək qədim türk şəhəri, İrəvan xanlığının mərkəzi olmuşdur.