
Təpəbaşı məscid mədrəsəsi (İrəvan)
Dağıdılmış və məhv edilmiş abidələr
XVII əsr
Mədrəsə
Məhv edilib
Təhsil üçün nəzərdə tutulan bina
İrəvan şəhəri
✦ XIX əsrə aid mədrəsə İrəvan şəhərinin Təpəbaşı məhəlləsində yerləşirdi. 1828-ci ildə bu məhəllədə yaşayan 2537 nəfər azərbaycanlının bir qismi burada dini təhsil alırdı. Mədrəsədə dini elmlərlə yanaşı, əski əlifbada Azərbaycan dili, ərəb və fars dilləri, şəriət, yazı və hesab fənnləri də tədris olunurdu. 1937–1939-cu illərdə SSRİ-də dini ocaqların ləğvi zamanı mədrəsənin fəaliyyəti də dayandırılmış, sonralar isə bir müddət mədəni-maarif Türk Qadınlar klubu (şəkildə göstərilən) kimi fəaliyyət göstərmişdir. Bu klubun yaradılması təşəbbüsü, əsasən, qədim tikilinin qorunmasını istəyən azərbaycanlı qadınlara məxsus idi.