
Susuz karvansarası (İrəvan)
Dağıdılmış və məhv edilmiş abidələr
XVIII-XIX əsrlər
Mehmanxana
Məhv edilib
İrəvan şəhəri
Tacirlərin dincəlməsi üçün inşa edilmiş mehmanxana tipli bina
✦ Susuz karvansarası İrəvan şəhərində, Sulu karvansaranın yerləşdiyi ticarət dairəsində fəaliyyət göstərmişdir. Daxilində su hovuzu və ya su mənbəyi olmadığı üçün “Susuz” adlandırılmışdır. Tikilişi ümumi memarlıq xüsusiyyətlərinə görə Sulu karvansara ilə oxşardır: bişmiş kərpic və yonulmuş daşdan inşa edilmiş, ticarət üçün dükanlarla əhatələnmişdir. Əsasən qısamüddətli dayanacaq yeri, malların saxlandığı çarhovuzsuz anbar tipli ticarət məkanı funksiyasını yerinə yetirmişdir.