blue ornament
    Sərdar karvansarası (İrəvan)
    Dağıdılmış və məhv edilmiş abidələr
    XVIII əsr
    Mehmanxana
    Məhv edilib
    İrəvan şəhəri
    Tacirlərin dincəlməsi üçün inşa edilmiş mehmanxana tipli bina

    Sərdar karvansarası İrəvan şəhər qalasının daxilində, Sərdar sarayı kompleksinə aid ticarət-təsərrüfat obyekti olmuşdur. Karvansaradan tacirlərin mallarının saxlanılması, karvanların yerləşməsi və ticarət dövriyyəsinin təşkili üçün istifadə edilirdi. Tikili memarlıq baxımından qalaya inteqrasiya olunmuş, anbar, dayanacaq və satış sahələrini birləşdirən plan quruluşuna malik idi. XIX əsrdə rus hərbi planlarında “Sərdar karvansarası” adı ilə qeyd olunur və şəhərin iqtisadi həyatında mühüm rol oynadığı göstərilir. Şəhərsalmanın dəyişməsi ilə karvansara zamanla məhv edilmişdir.