
Qurduqulu karvansarası
Dağıdılmış və məhv edilmiş abidələr
XVII–XVIII əsrlər
Mehmanxana
Məhv edilib
Sərdarabad mahalı
Tacirlərin dincəlməsi üçün inşa edilmiş mehmanxana tipli bina
✦ Qurduqulu rayonu ərazisində yerləşən qədim və böyük karvansaranın hücrələri və ibadət otaqları var idi. Karvansarada karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbar, müxtəlif əşya satan dükan və yeməkxana vardı. Çay və qaya daşlarından inşa edilən karvansaranın uzunluğu 35–40 metr, eni 12–15 metr, hündürlüyü isə 4,5–5 metr civarında idi. 3 tağlı karvansaranın sağ və sol tərəfində otaqlar, ortasında isə dəhliz yerləşirdi. Bütün otaqlar dəhlizə çıxırdı. Karavansarada 18–20 civarında otaq mövcud olub. Hazırda ermənilər tərəfindən dağıdılıb və izi itirilib.