blue ornament
    Qıpçaq qalası
    Dağıdılmış və məhv edilmiş abidələr
    XII əsr
    Qala-istehkam
    Xarabalıqları qalır
    Ərazinin müdafiə olunması üçün
    Şörəyel mahalının Artik rayonunun Qıpçaq kəndi

    ✦ Şörəyel mahalının Artik rayonunun Qıpçaq (31.05.1946-cı ildən – Ariç) kəndində qədim türk qalası. Qıpçaq qalası kimi, Qıpçaq kəndi və məbədi də eyniadlı düzənlikdə, məşhur Qıpçaq düzündə yerləşir. Qala ərazisindəki qədim məbədin 1201-ci ildə tikildiyini nəzərə alsaq, çox asanlıqla ehtimal etmək olar ki, qala ən azı XII yüzildə, bəlkə daha əvvəllər inşa edilmişdir. Təəssüf ki, kəndin və məbədin ətrafında qalanın ancaq qalıqları qalmaqdadır. Adından da göründüyü kimi, qala Qərbi Azərbaycan ərazisində ilkin orta çağlardan məskunlaşmış Qıpçaq türklərinə məxsus olmuşdur. Bu ərazilərə ilk ermənilər XIX yüzilin ortalarında İrandan və Türkiyədən köçürülüb gətirilmişlər.