blue ornament
    Qantar karvansarası (İrəvan)
    Dağıdılmış və məhv edilmiş abidələr
    XVIII–XIX əsrlər
    Mehmanxana
    Məhv edilib
    İrəvan şəhəri
    Tacirlərin dincəlməsi üçün inşa edilmiş mehmanxana tipli bina

    Karvansara XVIII–XIX əsrlərdə İrəvan şəhərində fəaliyyət göstərmiş qədim ticarət yerlərindən biri idi. Əsasən uzun məsafələrdən gələn tacirlərin heyvanlarını dincəltdiyi, yüklərini boşaltdığı və satışa hazırladığı sahə kimi tanınırdı. Tarixi fotoşəkildə karvansaranın həyətində yüklü at və qatırların saxlanması, həmçinin yüklərin yerə düzülməsi həmin dövrün ticarət həyatının səciyyəvi mənzərəsini əks etdirir.