
Qalaça qalası
Dağıdılmış və məhv edilmiş abidələr
IX–X əsrlər
Qala-istehkam
Məhv edilib
Ərazinin müdafiə olunması üçün
Şörəyel mahalı
✦ Amasiya rayonunun Gülsehran (Çivinli) kəndindəki Qalaça dağının zirvəsində yerləşir. Qala orta əsrin müdafiə istehkamı olub. Qalanın divarları dağılsa da, onun qalıqları, divardakı nəhəng daşlar, qalanın içərisindəki xarabalıqlar orta əsrlərdə onun alınmaz bir qala olduğunu göstərir. Nəhəng daşlarla tikilən qala xalqı düşmən hücumlarından qoruyan müdafiə istehkam xarakterli olub, Qərbi Azərbaycandakı tarixi mirasının Gülsehran (Çivinli) kəndində yerləşən qədim nümunələridir. Ermənistan dövləti tərəfindən azərbaycanlılara məxsus abidə olduğu üçün restavrasiya olunmayıb. Qala uçub dağılsa da, xarabalığı indi də qalıb.