blue ornament
    Makenis məbədi
    Dağıdılmış və məhv edilmiş abidələr
    Məbəd
    Məhv edilib
    Dini tələbat
    Basakeçər rayonunun Makenis kəndi

    ✦ Göyçə mahalının Basarkeçər rayonunun Makenis kəndində alban-türk xristian məbədi. Dağ dərəsində yerləşən məbəd hündür daş hasarla əhatə olunmuşdur və bu hasarın yeganə qapısı cənub-qərb tərəfə açılır. Daş hasarla məbəd arasında isə çoxlu köhnə tikili qalıqları vardır. Məbəddəki kitabəyə istinad edən tədqiqatçılar onun 851-ci ildə Siyuni hakimi Suban tərəfindən tikildiyini iddia edirlər. Lakin "Siyuni tarixi" əsərinin müəllifi Stepan Orbelianın yazdıqlarından anlaşılır ki, Siyuninin 17-ci mitropoliti Matusak (III Yezdəgirdin dövründə) burada ölüb və dəfn olunub. Onda məbədin VII yüzilin ortalarından mövcud olması fikri meydana çıxır. Sonra tarixçi Vardanın yazdığına görə, 816-cı ildə məbəd Babək tərəfindən dağıdılmış və od vurulub yandırılmışdır. Görünür, Suban 851-ci ildə məbədi təzədən tikdirmiş, sonrakı yüzillərdə məbəd yenidən bərpa olunmuşdur. Məbədin yerləşdiyi ərazi, bütövlükdə qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, bura ermənilərin ilk kütləvi axını XIX yüzilliyin 20–30-cu illərində başlanmışdır.