
Keçi qalası (İrəvan)
Dağıdılmış və məhv edilmiş abidələr
1603-cü il
Qala
Ərazidə yeni tikililər inşa olunub
İnsanların müdafiə olunması üçün
İrəvan şəhəri
✦ Tarixi istehkamlardan biri sayılan Keçi qalası İrəvan şəhərinin bir hissəsini təşkil edirdi. A.Təbrizli yazır ki, 1603-cü ildə I Şah Abbas Təbrizi geri aldıqdan sonra Osmanlı qoşunları onun təzyiqi altında Naxçıvana, ordan isə İrəvana çəkilmiş və burada müdafiə məqsədilə Zəngi çayının sağ sahilində Keçi qalasını tikmişdilər. İrəvan şəhərinin 1690-cı ildə J.Peeters tərəfindən çəkilmiş təsvirində Keçi qalası göstərilmişdir.