blue ornament
    İrəvan Müəllimlər Seminariyasının binası
    Dağıdılmış və məhv edilmiş abidələr
    Seminariya
    Məhv edilib
    Təhsil ocağı
    İrəvan şəhəri

    ✦ İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə yaradılmışdır. Müəllimlər Seminariyası Daşlı küçədə yerləşən indiki Xalq Təsərrüfatı İnstitutunun binasında yerləşmişdir. Axund Məmməd Bəşir Qazızadə İrəvan Müəllimlər Seminariyasında həm müsəlman bölməsinin müdiri, həm də Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmişdir. Seminariyada rus dili, riyaziyyat, tarix, həndəsə, coğrafiya, musiqi və digər fənlər tədris olunurdu. İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1883-cü ildə olmuşdur. Seminariyada müxtəlif millətlərin nümayəndələri təhsil alırdılar. 1883-1895-ci illərdə İrəvan Müəllimlər Seminariyasını 123 tələbə bitirmişdir ki, onlardan 25-i azərbaycanlı, 10-u gürcü, 8-i rus və digər xalqların nümayəndələri idi.