blue ornament
    Gərni qalası
    Dağıdılmış və məhv edilmiş abidələr
    Şəhər qalası
    Xarabalıqları qalır
    Müdafiə olunmaq üçün
    Gərnibasar mahalı

    ✦ Gərnibasar mahalının dağlıq hissəsində, Gəmi çayının sağ kənarında, Gög (Ağmanqan) dağın ətəyində, Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gəmi (03.01.1935-ci ildən Qarni) kəndi ərazisində qədim türk qalası. Qar-qar / Gər-gər / Her-her türk tayfasının adını daşıyan qala, rəvayətə görə, eradan iki min il əvvəl Gögqam tərəfindən tikilmiş, onun adını daşımış, sonrakı adını isə Gögqamın nəvəsi Qarnikdən (Qarqarlardan) almışdır. Bəzi mənbələrdə onun e.ə. III–II yüzillərdə inşa olunduğu ehtimal edilir. Uzunluğu 314 m olan qala divarları qalanın şimal tərəfini və şərq tərəfinin yarısını tuturdu. Şimal divarlarının bir-birindən 10-12 m aralı olan 10 bürcü, şərq divarlarının isə bir-birindən 25 m aralı olan 4 bürcü vardı. Qalanın yerləşdiyi Baş Gəmi kəndində qədimdən Türk-Oğuz tayfaları yaşamış, kənd 1827-ci ildə bölgənin ruslar tərəfindən işğalı zamanı yerlə-yeksan edilmişdir. Kəndə ilk ermənilər 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmişlər.