blue ornament
    Bəzirgan piri
    Dağıdılmış və məhv edilmiş abidələr
    Ziyarətgah
    Məhv edilib
    Dini tələbat
    Şörəyel mahalı

    ✦ Azərbaycan əhalisinin sakral irfan ocaqlarından olan Bəzirgan piri kənd və bölgə əhalisinin ən çox ziyarət etdiyi ocaqlardan idi. El adətinə görə Karvan yolunun Qımı təpəsinin yanından keçib Bəzirgan ziyarətinə çatanda dərhal karvanın sarbanı karvanı dayandırar, adamlar dəvələrin, atların, qatırların yüklərini alar, heyvanları suvarar, onların da dincəlməyinə imkan yaradardılar. Bu vaxt atların kişnərtisi, qatırların səsi, adamların hay-küyü bir-birinə qarışardı. El arasında Bəzirgan ziyarəti sınaqlı ziyarət sayılırdı. Onun 30 yaxınlığında bir-birindən xeyli aralı Dəvə və Tağı bulaqları çağlayırdı. Ziyarətdə hərə bir niyyət eləyib gətirdiyi qurbanı kəsər, oraya nəzir qoyar, yoldan gəlib-keçəni də qurban ətinə qonaq edərdilər. Adətə görə, burda gecə yatar, səhər açılan kimi yollarına davam edərdilər. Görülən yuxu niyyətin çin olub-olmadığını müəyyənləşdirirdi. Azərbaycanlıların 1989-cu ilin yanvar ayında tarixi-etnik torpaqlarından deportasiyasından sonra Bəzirgan pirini ziyarət etmək mümkün olmayıb.