blue ornament
    Aysəsi məbədi
    Dağıdılmış və məhv edilmiş abidələr
    VII-VIII yüzillər
    Məbəd
    Xarabalıqları qalır
    Dini tələbat
    Dərələyəz mahalının Keşişkənd rayonunun Aysəsi kəndi

    ✦ Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən – Yeğeqnadzor) rayonunun Aysəsi (19.04.1991-ci ildən - Arates) kəndində alban-türk məbədi. Hündür bir təpənin üstündə VII-VIII yüzillərdə inşa edilmiş məbəd 1270-ci ildə bərpa olunmuş, Amağu məbədinin tabeliyinə verilmiş və Siyuni mitropolitlərinin yay iqamətgahına çevrilmişdir. 1955-60-cı illər arasında bir neçə erməni tarixçisi və arxeoloqunun müşayiəti ilə Fransadan gəlmiş nümayəndə heyəti abidədə tədqiqat işləri aparmış, sonra abidəni bərpa etmək adı ilə onun üzərinə döymə üsulu ilə xaç şəkilləri həkk edilmiş, binanın ilk günəş şüası tutan hissəsindəki gümbəzi dağıdılıb, yerə tökülmüşdür. 1988-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. Həmin il azərbaycanlıların soyqırımından sonra kəndə ermənilər yiyələnmişlər.