blue ornament
    Ağudi abidəsi
    Dağıdılmış və məhv edilmiş abidələr
    Abidə
    Məhv edilib
    Dini tələbat
    Qarakilsə rayonunun Ağudi kəndi

    ✦ Ağudi abidəsi Qərbi Zəngəzur mahalının Qarakilsə rayonunun Ağudi kəndində, şose yolunun kənarında yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır. Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. Meydançanın ətrafında kiçik hasara alınmış, uçulub dağılmış qəbir yerlərinin nişanələri son vaxtlara qədər saxlanılmışdı. İkinci mərtəbə yanlarda dördbucaqlı şəkilli iki sütundan və ortada səkkizbucaqlı şəkilli bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir. Ağudi kəndi Sisyan rayonunun ən qədim azərbaycanlı kəndlərindən biri idi. Ermənistan parlamentinin qərarı ilə Ağudi kəndinin adı dəyişdirilərək Aqitu qoyulmuşdur. Hazırda ermənilər bu abidəni qədim erməni abidəsi kimi qələmə verməyə çalışırlar.