
Ağqala qalası
Dağıdılmış və məhv edilmiş abidələr
Qala-istehkam
Məhv edilib
Ərazinin müdafiə olunması üçün
Göyçə mahalı
✦ Ağqala kəndindəki qala albanlar tərəfindən inşa edilmişdir. Yüksək təpəlik ərazidə yerləşən qalanın tikintisində daha çox böyük ağ daşlardan istifadə olunub. Qala divarları eni 1 metr civarında və möhkəm olduğu üçün bu günə qədər gəlib çata bilib. Kəndin adı da ərazidəki albanlara məxsus ağ rəngli qaladan götürülmüşdür. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ağqala qalasının indiki dövrdə yerləşdiyi ərazidə divar hündürlüyü bəzi yerdə 3–3,5 metr, bəzi yerlərdə 1–2 metr olan xarabalığı qalıb. Ermənilər tərəfindən mənimsənilib, “erməni qalası” kimi təqdim olunur.