
Ağnatun türbəsi
Dağıdılmış və məhv edilmiş abidələr
Türbə
Məhv edilib
Üçkilsə (Eçmiədzin) rayonu Ağnatun kəndi
El arasında nüfuzlu şəxsin dəfn edildiyi qəbir üstündə inşa olunmuş bina
✦ Ağnatun türbəsi - İrəvan quberniyası Üçkilsə (Eçmiədzin) rayonu Ağnatun kəndində inşa edilmişdir. Türbə və müsəlman qəbiristanlığı kəndin azərbaycanlılara məxsus oluğunu təsdiqləyir. Türbənin dam örtük təbəqəsi dağılıb günbəz görünüşü verən torpaq təbəqə qalıb. Türbənin arxa və yan divarlarının aşağı hissəsindəki bir neçə daşın sökülməsinə baxmayaraq uçub dağılmayıb. Yarıxaraba türbə erməni abidəsi kimi təqdim olunur. Ağnatun kəndinin kənarındakı yüksək ərazidə kənd evlərinə yaxın məsafədə yerləşən müsəlman-türk türbəsinin XIII-XIV yüzilliklərə aid olduğu ehtimal olunur. Altıbucaqlı formada xüsusi dördkünc kəsilmiş böyük qırmızı tuf daşdan tikilən türbə günbəzli olub.