
Ağadədə ziyarətgahı
Dağıdılmış və məhv edilmiş abidələr
Ziyarətgah
Məhv edilib
Dini tələbat
Zəngibasar mahalının Qulucan kəndi
✦ Zəngibasar mahalının ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Qulucan kəndinin yanındakı Qarasu çayının kənarında yerləşirdi. Uluxanlı, Həbilkənd, Seyidkənd, Sarvanlar kəndlərinin əhatəsində yerləşən bu ziyarətgahda dövrünün ən hörmətli şəxsləri dəfn edilir və bu ocaq həm müsəlman, həm də xristianlar tərəfindən ziyarət edilirdi. 1988-ci ildə azərbaycanlıların Zəngibasar mahalından kütləvi deportasiyasından sonra bu ziyarətgah erməni vandalları tərəfindən məhv edilmiş, qəbir daşları sındırılmış və buradakı günbəzli pir isə dağıdılmışdır.