
Qəmərli şəhəri
İllər üzrə adı
Qəmərli şəhəri
Əhalinin məşğuliyyəti
GPS koordinatı
Kəndin adı 1727-ci ildə tərtib etdiyi “Rəvan livası müfəssəl təhrir dəftəri”ndə Qəmərli kimi verilmişdir. 1828-ci ildə Gülüstan müqaviləsindən sonra Qərbi Azərbaycan ərazisinə Osmanlı və Qacarlar dövlətlərinin ərazisindən ermənilərin köçürülməsi nəticəsində kənddə erməni əhalisinin sayı artırılmışdır. 1831-ci ildə Çar Rusiyası tərəfindən aparılmış “Kameral siyahıyaalma”da və 1913-cü ildə çar Rusiyası tərəfindən tərtib edilmiş “Qafqazın 5 verstlik xəritəsinə dair əlifba göstəricisi"ndə də Qəmərli kəndi kimi qeyd edilmişdir. 1930-cu ilə qədər kənd kimi 1931–1935-ci illərdə Qəmərli inzibati rayonunun mərkəzi, 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə) adı dəyişdirilərək Artaşat qoyulmuşdur. 1961-ci ildən respublika tabeli şəhərdir. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu”na əsasən, Qəmərli (Artaşat) şəhəri Ararat mərzinin mərkəzinə çevrilmişdir. Qəmərli (Artaşat) şəhərində 1989-cu ildə 32334 nəfər, 2009-cu ildə isə 25297 nəfər əhali yaşamışdır.
Şəhər hazırda Qərbi Azərbaycanda (Ermənistan Respublikası) Ararat mərzinin mərkəzidir. Şəhər adını VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisinə gəlmiş qədim türk mənşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adından almışdır.
Qeyd: Qərbi Azərbaycan ərazində yaranmış ilk şəhər İrəvan şəhəri, ondan sonra isə Gümrü şəhəri hesab olunur. Bu ərazidə yaranmış şəhərlərin əksəriyyəti isə XX əsrin 30-cu illəri və II Dünya müharibəsindən sonra Ermənistan ərazisində (Qərbi Azərbaycan) aparılan ərazi–inzibati dəyişiklikləri nəticəsində bir necə kiçik və orta miqyaslı şəhərlər yaranmışdır. Yuxarıda şəhərlər haqqında təqdim olunan hər bir mətndə bu məsələ qeyd olunmuşdur.